-- Adversting 9 --
-- Adversting 10 --

Gəncədə mikrorayon yolları bərbad haldadır

Gəncədə məhəllədaxili yollar bərbad gündədir

12:22:06 | 2021-06-07

Gəncənin 5-ci mikrorayon sakinləri məhəllədaxili bərbad yollarla hərəkət etməyin mümkün olmadığını bildirirlər.

Ərazidə yaşayan sakin Südabə Rzayeva hər gün bu yollarda əziyyət çəkdiklərini qeyd edir.

"Burda elə bilirsən kənddə yaşayırsan. Ərazidə məktəb, uşaq bağçası var. Yağış yağanda uşaqlarımızı məktəbə də, bağçaya da aparmaq istəmirik. Yol yoxdur, palçıqdan yerimək mümkün deyil. Ərazidən 9 A marşrutu gedir, yollar çox narahatdır. Mikrorayona da baxmaq lazımdır. Mikrorayonda Gəncə deməkdir".

Sakin Rafiq Bayramov da yağışlı havalarda palçığın içində, çətinliklə getmələrindən şikayət edir.

"Küçələrimiz bərbad haldadır. Yağış yağanda gölməçələr olur. Sağ tərəfimiz bağça, sol tərəfimiz orta məktəbdir. Buranın yolu Sovet hökümətinin vaxtında təmir olunub. İndi hər yer yamaqdır".

Digər sakin Süleyman Məmmədov da uşaqları məktəbə və ya bağçaya palçığın içində apardıqlarını bildirir.

"Yollar bərbad gündədir, biraz yağış yağanda keçilməz günə düşür".

Qeyd edək ki, hazırda şəhərin Fətulla Həsənov küçəsində asflat örtüyünün yenilənməsi işləri aparılır. Bundan sonra bəzi küçə və prospektlərinin də asfaltlanması nəzərdə tutulur ki, bu sırada 5-ci mikrorayon ərazisi də var.

Bu barədə iş icraçısı Ceyhun Bediyev KəpəzTV-yə bildirib. O qeyd edib ki, asfaltlanma işləri mərhələli şəkildə olunacaq.

"Hazırda Əli Nəzmi küçəsinin üst qatı asfaltlanacaqdır. Puşkin, QızılArslan, Çapayev küçələrində asfalt işləri yekunlaşır. Adil İsgəndərov küçəsində işlər davam edir. Sonra 5-ci mikrorayon ərazisində də asfalt işlərimiz olacaqdır. Planımızda var" - deyə iş icraçısı bildirib.


ETİKET :  

Daha Çox