-- Adversting 9 --
-- Adversting 10 --

Gəncədə 249 mənzilli yeni yaşayış binaları tikilir

Gəncədə 249 mənzilli yeni yaşayış binaları tikilir - 8,5 MİLYON MANATLIQ MÜQAVİLƏ

12:16:15 | 2021-08-25

Gəncə Şəhəri İcra Hakimiyyəti şəhərdə qəza vəziyyətində olan yataqxana və yaşayış binalarından köçürüləcək sakinlərin yerləşdirilməsi məqsədilə 249 mənzilli yeni yaşayış binalarının tikintisinin davam etdirilməsi ilə bağlı elan etdiyi təkliflər sorğusuna yekun vurub.

GancaPost.info vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Alians" MMC-dir.

Qalib şirkət ilə məbləği 8 milyon 507 min manat olan müqavilə imzalanıb.

Yaşayış binaları Nizami Gəncəvi prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsinin şimal-qərbində tikilir.


ETİKET :  

Daha Çox