-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə məktəb direktoru koronavirusa yoluxub

Gəncədə məktəb direktoru və həyat yoldaşı koronavirusa yoluxub.

15:00:53 | 2020-06-18

Gəncə şəhər Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin direktoru 1970-ci il təvəllüdlü Arzu Əliyeva iyunun 14-də koronavirus (COVID-19) diaqnozu ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumat üçün bildirək ki, A.Əliyeva Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Əliyevin həyat yoldaşıdır. İcra başçısının müavini də koronavirusa yoluxub və o da Goranboy Rayon Mərkəzi Xəstəxanasında müalicəyə alınıb.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, məktəb direktorunun səlahiyyətləri iyunun 16-dan Arzu Əliyeva sağalıb işə qayıdanadək Gəncə Şəhər Təhsil İdarəsinin məktəblər üzrə məsləhətçisi Sadik Babayevə həvalə edilib.


ETİKET :  

Daha Çox