GancaPost.info xəbər verir ki, Gəncədə də 4 məktəbin direktor vəzifəsi vakantdır və işə qəbulla bağlı müsabiqəyə sentyabrın 28-dən start veriləcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər oktyabrın 2-si saat 23:59-dək elektron qeydiyyat zamanı müvafiq məlumatları daxil edərək tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.
Belə ki, Gəncə şəhər 6 nömrəli tam orta məktəb, Gəncə şəhər 8 nömrəli tam orta məktəb, Gəncə şəhər 20 nömrəli tam orta məktəb və Gəncə şəhər 26 nömrəli məktəb-lisey kompleksinin direktorları vəzifəsi müsabiqəyə çıxarılıb.
Həmin məktəblərin direktorlarına gəldikdə isə bəziləri yaş senzinə görə təqaüdə göndərilib və ya direktor vəzifəsi müvəqqəti icra edilir.