-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə məhəllələri bələdiyyələr abadlaşdıracaq

2020-ci ildə Gəncədə bələdiyyələr tərəfindən məhəllələr abadlaşdırılacaq.

17:21:49 | 2019-12-18

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə görüşüb.

Görüşdə sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlərin həlli istiqamətində tapşırıqlar verilib.

Məhəllədaxili yolların asfaltlanması, ara küçələrdə işıqlandırma sisteminin qurulması, uşaqlar üçün oyun meydançasının yaradılması, işlə təminat, fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi, sənədləşmə və s. məsələlərlə bağlı olub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Gəncədə son bir neçə ayda 100-dən artıq küçə asfaltlanıb, şəhərin müxtəlif ərazilərində 1000-dən çox yeni işıq dirəyi quraşdırılıb. Bu istiqamətdə işlər növbəti ildə də görüləcək. Həmçinin 2020-ci ildə Gəncədə bələdiyyələr tərəfindən məhəllələrin abadlaşdırılması davam edəcək.


ETİKET :  

Daha Çox