-- Adversting 9 --
-- Adversting 10 --

Gəncədə LED lampaları istehsal olunacaq

Gəncədə “LED” lampaların istehsalına başlanılacaq.

13:17:18 | 2021-08-14

Gəncədə yeni istehsal müəssisəsi istismara veriləcək. Fəaliyyət göstərəcək yeni müəssisədə LED lampalar istehsal ediləcək.

GancaPost.info xəbər verir ki, “Zaferoğlu Elektrik” MMC-nin rəhbəri Zəfər Məmmədov bildirib ki, müəssisədə aparılan təmir işlərinin 80%-ə yaxını artıq yekunlaşıb və yarım ay ərzində dəzgahların quraşdırılmasına başlanılacaq. Burada istehsal olunacaq LED lampalar standart lampalarla müqayisədə enerjiyə 10 dəfəyədək qənaət etmək imkanı verəcək.

Zəfər Məmmədov qeyd edib ki, müəssisə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli biznes krediti hesabına açılacaq. “Bununla yanaşı Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təsdiqedici sənədi əsasında müəssisədə istehsal olunacaq LED lampalar gömrük rüsumundan azad ediləcək".

Qeyd edək ki, yeni müəssisənin oktyabr ayının sonlarına istismara verilməsi planlaşdırılır. Müəssisədə ilkin olaraq 100 nəfər işlə təmin olunacaq ki, müəssisə tam gücü ilə fəaliyyətə başladıqdan sonra bu sayın 500-ə çatdırılması hədəflənir.


ETİKET :  

Daha Çox