-- Adversting 9 --
-- Adversting 10 --

Gəncədə küçələrin işıqlandırılması layihəsi həyata keçiriləcək

Gəncə, Mingəçevir, Şəki, Qəbələ, Lənkəran şəhərlərində küçələrin işıqlandırılması ilə bağlı layihə həyata keçiriləcək.

16:23:52 | 2021-05-25

GancaPost.info xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin mayın 25-də “Signify” - əvvəlki adı “Philips Lighting” olan şirkətin baş icraçı direktoru Erik Rondolatı və şirkətin rəhbərliyinin digər nümayəndələri ilə keçirdiyi görüşdə müzakirə olunub.

Prezident İlham Əliyev Bakı, Sumqayıt və Şamaxı şəhərlərinin küçələrinin işıqlandırılması üçün şirkət tərəfindən görülən işlərdən məmnunluğunu bildirib.

Dövlət başçısı yeni texnologiyaların tətbiqi istiqamətində işlərin davam etdirilməsinin zəruriliyini bildirib və növbəti mərhələdə Gəncə, Mingəçevir, Şəki, Qəbələ və Lənkəran şəhərlərində də küçə işıqlandırılması layihələrinin hazırlanmasının vacibliyini qeyd edib. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən danışan dövlətimizin başçısı bildirib ki, Şuşa və Ağdam şəhərlərinin baş planlarının hazırlanması istiqamətində ciddi işlər gedir və “Signify” şirkətinin baş planların hazırlanması mərhələsində bu prosesə qoşulması məqsədəuyğundur.


ETİKET :  

Daha Çox