-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə koronavirusla əlaqədar dezinfeksiya işləri aparılır

Gəncədə məktəb və uşaq bağçalarında koronavirusla əlaqədar dezinfeksiya işləri aparılır.

14:18:05 | 2020-03-03

Gəncə şəhər Dezinfeksiya Stansiyasının tibbi birqadaları dəhlizləri, otaqları qrip və kəskin respirator xəstəliklərin qarşısını alan xlorlu əhəng, xlorlu həb və alfasipermetrin dərmanları ilə dezinfeksiya edir. Dezinfeksiya tədbirləri bütün məktəbəqədər təhsil müəsisələri və 40-a qədər orta məktəbdə yekunlaşıb.

GancaPost saytı xəbər verir ki, Gəncə şəhər Dezinfeksiya Stansiyasının baş həkimi Səlbi Cəfərovanın KepezTV-yə verdiyi məlumata görə, əvvəllər də bu cür tədbirlər aparıldığını bildirib. O, bu işləri Səhiyyə Nazirinin əmrinə uyğun edildiyini qeyd edib.

"Məktəblərdə, bağçalarda, bəzi müəsisələrdə dezinfeksiya işləri aparmışıq"- deyə Səlbi Cəfərova əlavə edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.


ETİKET :  

Daha Çox