-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə koronavirusla bağlı vəziyyət: Yoluxma sayı azalır

Gəncədə koronavirusa qarşı peyvənd otaqları yaradılıb.

13:13:11 | 2021-01-13

Gəncədə koronavirusa qarşı peyvəndləmə ilə bağlı səhiyyə ocaqlarında hazırlıqlar başa çatıb. Şəhər üzrə 6 poliklinika və 2 xəstəxanada xüsusi peyvənd otaqları yaradılıb.

Peyvəndləmənin aparılması profilaktik xarakter daşımaqla xəstəliyə yoluxmanı aradan qaldırmaq məqsədi daşıyır. Mütəxəssislərin fikrincə koronavirusa qarşı peyvənd insanların bədənində güclü immunitent yaradır. Nəticədə insan COVİD-ə yoluxsa belə xəstəliyi yüngül formada keçirir.

GancaPost.info xəbər verir ki, məsələ ilə bağlı Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Almaz Tomiyeva Kəpəz TV-yə bildirib ki, koronavirusa yoluxma sayında azalma tendensiyası var.

"Əvvəllər Gəncə üzrə gündə 200 xəstə qeydiyyata alınırdı. Bu böyük rəqəm idi, biz indiyə kimi elə rəqəmlər görməmişdik. İki-üç ay biz elə işlədik. Bu ay isə azalma tendesiyası gedir. İki gündə 1-2 nəfər qeydiyyata alınır. Təbii ki, biz buna arxayın olmuruq. Bu pandemiyadır. Artıq dövlətimiz tərəfindən peyvənd sifariş olunub. Peyvənd gələn kimi xüsusən də şəkərli xəstələr, ürək xəstələri ağır xəstələrə peyvəndin edilməsi daha yaxşıdır. Bu xəstələrin COVİD 19-a yoluxanda ölüm riski artır. Hər kəs yaşadığı yerdən asılı olmayaraq peyvənd otağına müraciət edə bilərlər".

Gəncədə 8 səhiyyə ocağının hər birində 2 peyvənd, 2 fosfaksinal aparatı və 1 şok əleyhinə otaq yaradılıb. Lazımi avadanlıqlar, peyvənd saxlama üçün soyuducu və dərman ləvazimatları ilə təmin edilib.

Gəncə şəhər 2 nömrəli Poliklinikanın həkimi Lalə Cəfərova isə bildirib ki, yaxın günlərdə peyvəndləmə işinə başlayacağıq.

"Gəncə şəhərində peyvənd mərkəzi olaraq ikinci poliklinikayıq. Bizim ərazimizdə kifayət qədər əhalimiz var. Yaxın günlərdə peyvənd materialları gələn kimi peyvəndləmə işinə başlayacağıq".

Qeyd edək ki, peyvəndin ilk olaraq risk qrupuna daxil olanlara, eləcə də tibb işçilərinə vurulacağı planlaşdırılır.


ETİKET :  

Daha Çox