-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə koronavirusa görə 15 nəfər karantinə götürülüb

Gəncədə 15 şübhəli şəxs müayinələrə cəlb edilib.

18:26:32 | 2020-03-05

İlin əvvəlindən bu günə kimi Gəncədə koronavirusa yoluxma şübhəsi ilə 15 nəfər karantinə götürülüb. Virusun yarada biləcəyi təhlükə nəzərə alınaraq şübhəli şəxslər həkim nəzarəti altında müayinə və müalicə tədbirlərinə cəlb edilib. Gəncə şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasında koronavirus əleyhinə böyüklər üçün 4 nəfərlik iki, uşaqlar üçün isə 2 nəfərlik  bir palata ayrılıb. Xəstəxananın tibbi personalı gücləndirilmiş iş şəraitində çalışır. Burada virusa yoluxma ilə əlaqədar şübhəli şəxsin müayinə və müalicəsi üçün bütün şərait yaradılıb, lazımı dərman preparatları ilə təchizat aparılıb.

GancaPost saytı xəbər verir ki, məsələ ilə bağlı Gəncə Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi İradə Dəmirova KəpəzTV-yə açıqlamasında bildirib ki, indiyə kimi 15 şəxs gəlib, müayinədən keçirmişik, yoxlamışıq, nəzarətdə saxlamışıq. Onlardan da 3 nəfəri uşaq, qalanı isə böyüklər olub. Rusiyadan, İrandan, Banqladeşdən gələnlər var. Əsasən öz vətəndaşlarımızdır.


ETİKET :  

Daha Çox