-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə 30 koronavirus xəstəsi barəsində cinayət işi başlanıb

Gəncədə 30 koronavirus xəstəsi barəsində cinayət işi başlanıb.

14:58:33 | 2021-01-16

Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının (ŞBPİ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

GancaPost.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə aparılan tədbirlər nəticəsində Gəncə şəhərində ümumi 30 nəfərin xəstəliyə yoluxduğu halda yaşayış yerini tərk etməsi aşkarlanıb ki, həmin şəxslər barəsində Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


ETİKET :  

Daha Çox