-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə kişi qardaşı arvadını öldürdü, gəlini və nəvələrini bıçaqladı

Gəncədə ailə münaqişəsi - Gəncədə kişi qardaşı arvadını öldürdü, gəlini və nəvələrini bıçaqladı.

00:11:35 | 2020-06-17

Gəncədə ailə münaqişəsi zəminində baş verən hadisə ilə bağlı təfərrüatlar məlum olub.

Məlumata görə, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb.

Belə ki, 1950-ci il təvəllüdlü Quliyev Mahir Əliqara oğlu ailə münaqişəsi zəminində qardaşının həyat yoldaşı, Gəncə şəhər sakini, 1967-ci il təvəllüdlü Quliyeva Ofeliya Həmid qızını bıçaqla qətlə yetirib.

Qardaşının gəlini, 1984-cü il təvəllüdlü Quliyeva Günay Malik qızına, qardaşının nəvələri - 2002-ci il təvəllüdlü Quliyeva Sevinc Elnur qızı və 2006-cı il təvəllüdlü Quliyev Malik Elnur oğluna bıçaqla xəsarətlər yetirib.

Hazırda hadisənin səbəbləri dəqiqləşdirilir. Cinayəti törədən şəxs həbs olunub. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.


ETİKET :  

Daha Çox