-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncənin kirayə bazarında qiymətlər bahalaşıb

Gəncənin kirayə bazarında qiymətlər bahalaşıb.

23:30:08 | 2019-08-26

Yeni tədris ili ilə bağlı Gəncə şəhərində sıxlıq müşahidə edilməkdədir. Gəncəyə axın həm də kirayə bazarında canlanma yaradıb.

Artıq Gəncədəki universitet və kolleclərə qəbul olunan tələbələr ev axtarışına çıxıb. Bu isə kirayə bazarında tələbin artmasına səbəb olub.

Gəncədə ev alqı-satqısı ilə məşğul olan əmlak şirkətindən GancaPost saytına-a verilən məlumata görə, Gəncədə kirayə qiymətləri ötən aylarla müqayisədə artıb.

Hazırda universitetlərin yerləşdiyi ərazilərdə təmirindən asılı olaraq 1 otaqlı evlər 150-200 manata, 2 otaqlı evlər 200-250 manata, 3 otaqlı evlər isə 300 manatdan başlayan qiymətlərlə təklif olunur.

Artım daha çox ali məktəblərin yerləşdiyi ərazilərdə və şəhərin mərkəzi hissələrində olan evlərdə müşahidə olunur.

Məlumata görə, sentyabr ayının sonuna kimi kirayə mənzil bazarında qiymətlər belə qalacaq.


ETİKET :  

Daha Çox