-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədəki yaşayış evləri getdikcə qəzalı vəziyyətə düşür

Gəncədə binalar var ki, fasadı yaxşı görünsə də, qəzalı vəziyyətdədir.

14:14:43 | 2021-04-21

Bu gün Gəncə şəhərində istismar müddətini uzun müddət əvvəl bitirmiş, çökmə təhlükəsi ilə üz-üzə olan binalar mövcuddur. Və belə binalarda yüzlərlə vətəndaş yaşayır.

Əmlak məsələləri üzrə ekspertlər bildirirlər ki, qəzalı binalar iki qrupa bölünür. Yəni ki, çoxmənzilli binaların istismar müddəti 50-60 il olur. Ancaq binalar qorunan zaman 200 il belə istismar edilə bilər. Standartlara görə isə, binalar hər 50-60 ildən bir yenisi ilə əvəz edilməlidir.

Qəzalı bina deyəndə, bütün tikinti materiallarının keyfiyyətinin itirilməsi başa düşülməməlidir.

Ekspertlər mənzillərin təmiri zamanı yol verilən qüsurlarıda qeyd edirlər. Məsələn, vətəndaşlar çox zaman mənzilləri təmir edərkən otaqları artırır, mənzilin layihəsini pozur, mənzillərdə beton divarları, ara kəsmələri bəzən söküb çıxarırlar. Yəni, təmir zamanı binalara 10-15 faiz zərər dəyir.

Binaları ən çox qəzalı vəziyyətə gətirib çıxaran da əlavə artırmalardır. Binalara artırmaların edilməsi binanın yükünü artırır, əyilməsinə səbəb olur.

Qəzalı binaların isə çoxunun zirzəmiləri su ilə dolu olur. Zirməmilərdə qeyri-yaşayış obyektləri yaradılan zaman binalar zədələnir. Zəlzələ və ya hər hansı bir fəlakət olan zaman belə binaların dağılma təhlükəsi daha böyük olur.

Ümumiyyətlə, bu gün binaların 70-80 faizi layihə dəyişikliyinə uğrayır.

Xatırladaq ki, binaların qəzalı olması Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiqlənir. Qəzalı binalar, blokları bərbad vəziyyətdə olan, sanitar qovşaqları, şaxta divarları çat olmuş binalar hesab edilir. Belə binalarda yaşamaq təhlükəli hesab olunur.

Belə binaların çox hissəsi II Dünya müharibəsindən sonra tikilib. Hazırda 80-ci ilə qədər inşa edilən yaşayış fondu aşınıb.

Qeyd edək ki, Gəncədə istismar müddəti bitmiş və getdikcə qəzalı vəziyyətə düşən, riskli sayılan köhnə yaşayış fondu mövcuddur.

Toğrul Xürrəm


ETİKET :  

Daha Çox