-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədəki Tatlar məscidi bərpa olunacaq

Mədəniyyət Nazirliyi Gəncədə Tatlar məscidinin bərpası üçün smeta sənədlərinin hazırlanmasına 49 min manata yaxın vəsait yönəldəcək.

01:31:57 | 2019-06-08

Azərbaycan Mədəniyyət Nazirliyi Gəncə şəhərində yerləşən "Hüseyniyyə Tatlar" məscidinin bərpası işlərinin aparılması üçün layihə-smeta sənədlərinin hazırlanması işlərinə 49 min manata yaxın vəsait yönəldəcək.

GancaPost xəbər verir ki, bu barədə tender.gov.az saytında dərc olunan materiallara əsasən, Mədəniyyət Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti “NKT-Bərpa” MMC ilə bu işlərin ixrasına dair müqavilə imzalayıb.

Müqavilənin dəyəri 48,911 min manat təşkil edir.

Qeyd edək ki, XIX əsr tarixi-memarlıq abidəsi olan Hüseyniyyə Məscidi 1825-ci ildə İran şahzadəsi Bəhmən Mirzənin qızı Səbiyyə xanım tərəfindən, onun vəsaiti ilə tikilib. Yerli əhali buranı Hüseyniyyə və eyni zamanda vaxtilə İrandan gələn azərbaycanlıları tat adlandırdığı üçün Tatlar Məscidi də deyilir. 1920-ci ildən sonra məscid Puşkin adına kitabxana kimi fəaliyyət göstərib. Hazırda isə kitabxana Azərbaycanın dahi şairi Nizami Gəncəvinin adını daşıyır. Burada Gəncə şəhər Mərkəzi Kitabxana Sisteminin 19 saylı filialı və uşaq şöbəsi fəaliyyət göstərir.


ETİKET :  

Daha Çox