-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədəki Rus Pravoslav kilsəsində şəhidlərimizin xatirəsi anılıb

Gəncədəki Rus Pravoslav kilsəsində anım mərasimi keçirilib.

06:47:53 | 2020-10-15

Gəncədəki Rus Pravoslav kilsəsində Ermənistan ordusunun oktyabrın 11-də törətdiyi terror aktı nəticəsində həlak olmuş dinc sakinlərin anım mərasimi keçirilib.

GancaPost.info xəbər verir ki, mərasimdə həlak olanların ruhuna dualar oxunub. Azərbaycan Ordusuna qalibiyyət arzulanıb.

Gəncədəki Aleksandr Nevski Rus Provaslav Kilsəsinin baş keşişi, ierey Varfolemey Sotnikov Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dinc şəhərlərini atəşə tutmasına münasibət bildirib.

“Müharibə əsgərlər arasında aparılmalıdır. Yalnız terrorçular dinc əhaliyə qarşı mübarizə aparır. Ermənistanın qədim Gəncə şəhərini atəşə tutması da bunu göstərdi. Uşaqlar, qadınlar və qocalar xəsarət aldı. Mülki əhali heç bir şeydə günahkar deyil. Bugünkü dualarımız torpaqlarımızda, işğal altındakı ərazilərimizdə sülhün bərqərar olmasından, bu işğalçı-ermənilərin sakitcə torpaqlarımızı tərk etməsindən yana idi. Mən milliyyətcə rusam, amma burada doğulub böyümüşəm, Gəncə doğma şəhərimdir. Ermənistanın şəhəri atəşə tutması nəticəsində təkcə insanlar zərər görmədi, həm də dini binalar, o cümlədən bizim xristian məbədimiz zərər gördü”, - o bildirib.

Qeyd edək ki, oktyabrın 11-də Ermənistan ordusu Gəncə şəhərinin mərkəzində çoxmənzilli yaşayış binalarını raket atəşinə tutub. Nəticədə 10 dinc sakin həlak olub, 30-dan artıq şəxs yaralanıb.


ETİKET :  

Daha Çox