-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədəki kinoteatr özəlləşdirməyə çıxarılıb

Gəncədəki "Xronika" kinoteatrı özəlləşdirməyə çıxarılıb.

22:56:20 | 2019-05-13

Gəncə şəhər Nizami rayonu, Cavad Xan küçəsi 19 ünvanında yerləşən kinoteatrın ümumi faydalı sahəsi 143 kv.m-dir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraca çıxarılan və uğurlu fəaliyyət potensialı olan dövlət əmlaklarından biri Gəncə şəhərində yerləşən kinoteatrdır. Nizami rayonu, Cavadxan küçəsindəki bu obyektin ümumi faydalı sahəsi 143 kv.m-dir. Dövlət əmlakının fəaliyyətinin müasir formada bərpası onu xidmət sahəsində gəlirli obyektə çevirə bilər.

Qeyd edək ki, kiçik dövlət müəssisəsi 978.7kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb.

Hərracda iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytından (emdk.gov.az) və Özəlləşdirmə portalından (privatization.az) dövlət əmlakları üzrə seçim edə bilər. Seçdiyi dövlət əmlakı üzrə keçiddə qeydiyyatdan keçib, ilkin qiymətin 10%-ni ödəyən şəxs hərracda iştirak statusu qazanır.


ETİKET :  

Daha Çox