“Gəncədəki erməni kilsəsi soyqırım muzeyinə çevrilməlidir”

İslam dininin tələblərinə görə başqa dinlərin ibadət məkanlarına toxunmaq, təhqir etmək olmaz. Bu baxımdan Gəncədəki erməni kilsəsi də tarixi abidə kimi qorunub saxlanılmalıdır. Bu kilsə şəhərin ikinci hissəsi deyilən ərazidə görkəmli yerdədir, uzun illərdir istifadəsiz qalıb. Bu mənada kilsəni ermənilərin azərbaycanlılara qarşı genosid siyasətini əks etdirən bir məkana çevirmək - soyqırım muzeyi etmək olar.

Muzeydə ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətləri əks etdirən sənədlərin, faktların nümayiş etdirilməsi də vacibdir.

İnsanlar bu məkana gələrək, bizim onların məbədinə olan münasibətimizi görsünlər, onların da bizim insanlarımıza olan vəhşiliklərini əyani sübut kimi görsünlər.

Ümumiyyətlə, bu abidədən iki cür istifadə etmək olar: ya muzey kimi - ya da kitabxana kimi.

Bu kilsədən kitabxana kimi də istifadə etmək olar. Elektron şəkildə müasir kitabxana qurmaq olar. Amma elə kitabxana yaratmaq lazımdır ki, çox çətin tapılan tarixi kitablar orada olsun. Yəni ki, nadir fond kitabxanası yaratmaq olar. Həmçinin erməni yalanlarının ifşası ilə bağlı tarixi sənədlər də. Ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürüldükləri dövrdən etdikləri vəhşiliklər də orada əks olunmalıdır.

Təbii ki, irəli sürülən bu təklifin dəyərləndirilməsi, formalaşdırılması aidiyyati qurumların və Mədəniyyət Nazirliyinin üzərinə düşür.

Qeyd edək ki, Gəncədəki erməni kilsəsi Çar Rusiyasının vaxtında ruslar tərəfindən tikilib. Gəncəli tədqiqatçı Namlet Allahverdiyev "Gəncə Məhəllələri" adlı kitabında erməni kilsəsinin 1852-ci ildə tikildiyini qeyd edir. Kilsə (ermənilər tərəfindən Sarkis kilsəsi adı qoyulmuş) Gəncənin Çələbiyanlı məhəlləsində yerləşir.

Elçin Əsgərov

XƏBƏR LENTİ

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

BÜTÜN XƏBƏRLƏR