-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədəki "Butulkalı ev" təmir edilir

Uzun müddətdir ki, evin təmirə ehtiyacı var idi.

12:43:41 | 2019-08-18

Gəncədəki tarixi "Butulkalı ev" təmir edilir. Təmir işlərinə avqust ayından başlanılıb. Hazırda evin dam örtüyü, eləcə də tavanı yenilənir. Həmçinin binanın eyvanında da beton işləri görülür. Daxildə pilləkənlər yenilənir. Ümumilikdə binanın yararsız hala düşən hissələrinin yenilənməsi işlərinə başlanılıb. Layihəyə görə burada binanın öz tarixi görnüşünə, təbii halına zərər verilməyəcək.

Bu tarixi evi İbrahim Cəfərov 1966-cı ildə ikinci dünya müharibəsindən qayıtmayan qardaşı Yusifin xatirəsini əbədiləşdirmək üçün tikib. Özünə məxsus quruluşa malik olan ev İbrahim Cəfərovun fantaziyasının məhsuludur. Evin inşasında 48 min ədəd müxtəlif ölçülü və rəngli butulkadan, Qara dəniz sahillərindən toplanılan balıq qulaqlarından, Soçi şəhərindən gətirilən xırda rəngli daşlardan, əlvan şüşələrdən, kiçik güzgülərdən istifadə edilib. Butulkalı evdə diqqət çəkən məqamlardan biri də odur ki, memar tərəfindən fasadın yuxarısında, arxa və yan divarlarında butulkalarla "Gəncə" sözünün yazılmasıdır. Baxmayaraq ki, Gəncə şəhərinin adı 1935-ci ildə sovet hökuməti tərəfindən dəyişdirilərək Kirovabad adlandırılırdı. Burada Azərbaycana aid bütün naxışlardan istifadə olunub. Tikili Gəncə sənətkarlığının nadir incilərindəndir və hər zaman şəhər sakinlərinin və turistlərin diqqətini çəkir. Təmir işlərinin bir aya yekunlaşması nəzərdə tutulur.


ETİKET :  

Daha Çox