Gəncədəki apteklərdə bəzi dərmanlar tapılmır

Azərbaycanda koronavirusa günlük yoluxma sayı artmaqdadır.
Azərbaycanlı tibb mütəxəsissləri bəyan ediblər ki, yoluxma sayı belə davam edərsə, xəstəxanalarda yer qalmayacaq.
Ölkənin bəzi yerlərində yeni xəstələnənlər üçün artıq xəstəxanalarda yer olmadığı bildirilir.
GancaPost.info xəbər verir ki, xəstələrdən əldə etdiyi məlumata görə, Gəncədə xəstəlik aşkarlanan şəxslər evdə müalicəyə yönləndirilir.
Azərbaycanda koronavirusun müalicəsində effektiv dərman kimi tanınan bəzi dərmanlar isə apteklərdə tapılmır.
Gün ərzində apardığımız araşdırma nəticəsində bəzi apteklərdə müəyyən dərmanların (Erqaferon, eufillin, anaferon, aspirin və s.) olmadığını müşahidə etdik.
Söhbət etdiyimiz Gəncə sakinləri yaxınları üçün koronavirusa qarşı Azərbaycan həkimlərinin effektiv hesab etdiyi bir neçə dərmanın tapılmadığını deyiblər.
Qeyd edək ki, Gəncədəki koronavirus xəstələrinin bəzilərinə dövlət tərəfindən dərmanlar verilib.
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay