-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə keçmiş polis qətlə yetirildi - TƏFƏRRÜAT

Gəncədə keçmiş polis amansızlıqla qətlə yetirildi - TƏFƏRRÜAT

18:53:20 | 2020-05-26

Gəncə sakini ürəyindən bıçaqlanaraq qətlə yetirilib.

Məlumata görə, Gəncə şəhər Təbriz küçəsi 48 saylı ünvanda yaşayan 1957-ci il təvəllüdlü Asim Yusifovun bıçaq yarası ilə ölmüş şəkildə cəsədi aşkar edilib.

Hadisə yerinə Gəncə şəhər Prokurorluğu və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Meyitə baxış zamanı onun bıçaqla öldürüldüyü məlum olub.

İlkin məlumata görə, hadisə tərəflərin tanışı ilə birlikdə mərhumun evində yeyib-içdikdən sonra baş verib.

Faktla bağlı cinayət işi açılıb, qətli törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat istintaq qrupu yaradılıb.

Məlumata görə, öldürülən şəxs keçmiş polis olub. Asim Yusifov uzun illər Gəncə Baş Polis İdarəsində müstəntiq işləyib.

O, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.


ETİKET :  

Daha Çox