-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə karantin postları fəaliyyətə başladı

Gəncə şəhərində karantin postları qurulub.

09:13:38 | 2020-12-14

GancaPost.info-nun məlumatına görə, şəhərin giriş-çıxışları ilə yanaşı daxildəki avtomobil yollarında da postlar qurulub.

Karantin postlarına Daxili İşlər Nazirliyi əməkdaşları cəlb edilib. Səhər saatlarından etibarən polislər və Daxili Qoşunların hərbi qulluqçuları vətəndaşların evdən çıxmaqla bağlı sms icazəsinin olub-olmamasını yoxlayır, yaşayış yerini tərk etmək icazəsi olmayan şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülür.

Karantin postları ilə yanaşı şəhərin küçə və prospektlərində Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət mobil postlar da fəaliyyət göstərir.

Qeyd edək ki, 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.


ETİKET :  

Daha Çox