Gəncədə istiqlal şairinin xatirə lövhəsi yoxa çıxıb - FOTO

GancaPost.info saytı xəbər verir ki, Azərbaycanın istiqlal şairi, maarifçi, Azərbaycan Dövlət Himninin müəllifi Əhməd Cavadın Gəncə şəhəri, Nizami rayonu Heydər Əliyev prospekti ev 495 (keçmiş Zərrabi küçəsi) ünvanında yerləşən binanın fasadına vurulan xatirə lövhəsi yoxa çıxıb.

Ərazidə yaşayan sakinlərin bildirdiyinə görə, tarixi binanın fasadı 2017-ci ildə şəhər İcra Hakimiyyəti tərəfindən təmir edilərkən xatirə lövhəsi götürülüb. Və həmin müddətdən bu günə qədər lövhə öz yerinə qaytarılmayıb.

Əsərləri dövlət varidatı elan edilən, repressiya qurbanı olan şair Əhməd Cavad 1906-cı ildən ömrünün sonuna qədər Gəncədə bu evdə yaşamışdır. Azərbaycan Dövlət Himninin sözlərini də məhz bu evdə yazmışdır.

Ümid edirik ki, Azərbaycanın görkəmli yazıçısı və ictimai xadimi Əhməd Cavadın xatirə lövhəsinin bərpası ilə bağlı məsələyə aidiyyatı qurumlar tərəfindən ölçü görüləcək.

P.S. Mövzunu diqqətdə saxlayacağıq.

GəncəPost

XƏBƏR LENTİ

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

"Kəpəz" Futbol Klubu yeni avtobus alıb

BÜTÜN XƏBƏRLƏR