-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə istifadəyə verilən binada qaz yoxdur - ŞİKAYƏT

Gəncədə tikilərək istifadəyə verilən bina - mənzillərə təbii qaz niyə verilmir?

02:25:00 | 2020-09-05

Partlayış zamanı yararsız hala düşən bina yenidən inşa olunaraq istifadəyə verilsə də, mənzillər hələ də qazla təmin olunmayıb.

2018-ci ilin noyabr ayında Gəncədə qaz sızmasından partlayan bina yaşayış üçün yararsız hala düşdüyündən dövlət vəsaiti hesabına yenidən tikilib və istifadəyə verilib. Artıq bu ilin may ayından sakinlər evlərinə köçməyə başlayıblar. Ancaq yaşayış binasının qaz xətləri çəkilib, sayğacları quraşdırılsa da, o vaxtdan indiyə qədər mənzillərə təbii qaz verilməyib.

Sakinlər deyirlər ki, binaya qaz verilmədiyindən məcbur olub balonla qaz alırlar. Vəziyyətlə bağlı aidiyyatı qurumlara məlumat veriblər.

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyindən Xəzər Xəbər-ə bildirilib ki, mənzillərin qazla təmin olunması üçün müvafiq qurumlardan hələ razılıq gəlmədiyindən təbii qazın verilməsi təxirə salınıb. Müvafiq qurumlardan tələb olunan sənədlər "Azəriqaz" İstehsalat Birliyinə daxil olan kimi binaya təbii qaz veriləcək.


ETİKET :  

Daha Çox