-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə istehsal edilən su sayğacları Gürcüstana 8,4 dollara satılıb

Gəncədə istehsal edilən su sayğacları Gürcüstana 8,4 dollara satılıb

23:15:20 | 2019-11-21

GancaPost saytı Turan-a istinadən xəbər verir ki, bu ilin 9 ayında Azərbaycan Gürcüstan və Qazaxıstana 21 min ədəd su sayğacı satıb.

2018-ci ilin eyni dövrü ilə müqayisədə 22,1% artım olub, deyə Dövlət Gömrük Komitəsindən bildirilib.

Su sayğacları istehsalçısı olan Gəncə Cihazqayırma Zavodu ASC göstərilən müddət ərzində Qazaxıstana 7,1 min, Gürcüstana isə təxminən iki dəfə çox sayğac satıb. Ümumilikdə bu cihazların ixracından 283,4 min dollar və ya birinə gərə 13,4 dollar qazanılıb. Eyni zamanda, sayğaclar Gürcüstana orta hesabla biri 8,4 dollar qiymətində çatdırılır.


ETİKET :  

Daha Çox