-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə İmamzadəyə gələnlər yoxlanılırdı

Gəncədə Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçirilir.

23:29:18 | 2019-09-10

GancaPost saytı xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan verilən məlumata görəGəncədə Aşura mərasiminin təhlükəsiz və dinc şəkildə keçirilməsi üçün Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır.

Ötən gün günorta saatlarından etibarən şəhərin Şah Abbas məscidi ilə yanaşı dini mərasimlərin keçiriləcəyi digər məkanlarda da təhlükəsizlik tədbirləri görülüb.

Hazırda əhali İmamzadə Dini Kompleksində keçirilən dini mərasimlərə qatılaraq dini ayinləri yerinə yetirirlər. Kompleksə gedən yollarda tıxacların yaranmaması üçün şəxsi avtomobil vasitələrinin hərəkəti məhdudlaşdırılıb və avtomobillər üçün xüsusi dayanacaq yerləri ayrılıb. DYP əməkdaşları tərəfindən yollarda sürücülər bu haqda məlumatlandırılıb.

Sonda polis əməkdaşları könüllü, qanvermə aksiyasında iştirak ediblər.


ETİKET :  

Daha Çox