"Bu il "İmagine" festivalı ilk dəfə Gəncə şəhərində təşkil olunacaq. Bu festival bizi bir araya gətirən məsələləri müzakirə etməyə və anlamağa imkanı verir".
GencePost.com-un məlumatına görə, bunu jurnalistlərə Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Azərbaycanda 3-cü "İmagine" festivalının açılışına həsr olunmuş mətbuat konfransında deyib.
"Bu il festivalı xüsusi şəkildə keçirəcəyik. Festival ilk dəfə Gəncə şəhərində keçiriləcək. Müxtəlif tədbirlər - konsertlər, sərgilər, kino nümayişləri təşkil olunacaq", - deyə o bildirib.
Qeyd edək ki, sayca üçüncü "İmagine" Avropa tolerantlıq və mədəni müxtəliflik festivalı mayın 1-dən mayın 15-dək keçiriləcək.