-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə illərdir qapısına qıfıl vurulan fabriklər

Gəncədə illərdir qapısına qıfıl vurulan fabriklər

23:53:56 | 2021-01-18

Gəncədə vaxtı ilə adı “Gəncə Toxuculuq Kombinatı” olan bu gün isə “Gəncə Tekstil ASC” adlandırlan müəssisə 90-cı illərin əvvəllərindək 3500 işçi qüvvəsi çalışıb.

Müəssisədə dörd növbəli iş rejimi olub və fabrik istehsal etdiyi məhsulları Azərbaycanla yanaşı MDB dövlətləri üçün də təmin edib. Lakin bu gün müəssisə əvvəlki gücünü itirib. Hazırda ancaq sifariş əsasında fəaliyyət göstərir.

Ümumiyyətlə, bu gün Gəncə şəhərində təxminən 17 iri zavod, fabrik var ki, onlarında əksəriyyəti ya işləmir, ya da öz gücündən çox-çox aşağı vəziyyətdə fəaliyyət göstərir.

Siyahıya “Billur Zavod”, Qənnadı Fabriki, Maşınqayırma, “Çini Qablar” və başqa sənayə obyektlərinin adlarını əlavə etmək olar. Bu istehsal müəssisələrindən ancaq “Detal Alüminum” və “Billur Zavod” qismən gücü ilə işləməkdədir.

Ekspertlərin fikrincə, sözügedən iri fabriklərin fəaliyyətinin dayanması xaricdən ölkəmizə idxal olunan məhsulların ucuz qiymətə başa gəlməsidir. Problemi aradan qaldırmaq, başqa sözlə desək, sözügedən müəssisələrin işləməsi üçün sahibkarların cəlb edilməsi də digər bir seçimdir.

GancaPost.info xəbər verir ki, məsələ ilə bağlı ekspert Sənan Ələsgərov BakuTv-yə bildirib ki, bu müəssisələrin dirçəlməsi üçün dövlət tərəfindən vəsait ayrılmalıdır. Sahibkarlara aşağı faizlə kredit ayrılmalıdır ki, həmin müəssisələr yenidən qurulsun və xalqa xidmət edə bilsin.

Problemin aradan qaldırılması üçün sözügedən müəssisələrin işləməsinə sahibkarların cəlb edilməsi digər bir seçimdir.

Hər halda, illərlə qapısına qıfıl vurulan istehsal obyektləri yeni iş yerləri olmaqla yanaşı, Gəncənin sənaye potensialının inkişafı istiqamətində də mühüm əhəmiyyət daşıyır.


ETİKET :  

Daha Çox