-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə iki sosial obyektin tikintisi 21,5 mln manata başa gələcək

Gəncədə iki iri sosial obyektin tikintisinə dair müqavilələr imzalanıb.

16:21:40 | 2020-04-09

Gəncə şəhər İcra Hakimiyyəti Dövlət Dram Teatrın yeni binasının və İdman Sarayının tikintisinin davam etdirilməsinə dair iki müqavilə imzalayıb.

GancaPost saytı "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, baş podratçı (“Rövşən Oğuz Qrup” MMC ) ilə iki müqavilənin ümumi dəyəri 21,5 mln. manat təşkil edib.

Gəncə Şəhər İcra Hakimiyyəti İdman Sarayının tikintisinə 4,6 milyon manat yönəldəcək.

Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisinə isə 16,9 milyon manat yönəldiləcək.

Bu müqavilələrlə nəzərdə tutulan işlər bu ilin sonuna tamamlanmalıdır.


ETİKET :  

Daha Çox