Gəncədə idman obyektlərinin tikintisi nəzərdə tutulub

İDMAN
12 Yanvar 2019, 23:24
313
GencePost.com xəbər verir ki, bu barədə ARB-yə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsindən məlumat verilib. Bildirilir ki, bu sıradan meqa layihə olan Gəncə İdman Sarayının inşası ilk növbədə vurğulanmalıdı. İdman Sarayı ilə yanaşı, yeni futbol meydançalarının salınması, parklarda asudə vaxtın səmərəli təşkili və idmanla məşğul olmaq üçün qurğuların qoyulması, mövcud Gəncə Olimpiya İdman Kompleksinin, Gəncə şəhər Stadionunun və Gəncə Təhsil İdman Mərkəzinin rekonstruksiyası planlaşdırılır. İnfrastruktur layihələr idmanın inkişafı və Gəncə 2019 Avropanın İdman Şəhərinin təbliği istiqamətində aparılan işlərə dəstək verəcək.
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay