-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə İcra Hakimiyyəti başçısının müavini işdən azad olunub

Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının müavini işdən azad olunub.

00:52:05 | 2019-07-05

GancaPost saytının əldə etdiyi məlumata görə, Elmar Vəliyevin kadrı hesab olunan Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Bəhruz Nizami oğlu Hümbətov işdən azad olunub. Onun yerinə müvəqqəti olaraq Gəncə şəhər İcra Hakimiyyəti Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində baş məsləhətçi işləyən İbrahimov Azər Arif oğlu təyin edilib.

Qeyd edək ki, işdən azad olunan Bəhruz Hümbətov Samux rayon Məhkəməsinin hakimi Nizami Hümbətovun oğludur. Eyni zamanda Bəhruz Hümbətov Ağcabədi rayon İcra Hakimiyyəti başçısı Şahin Məmmədovun kürəkənidir.


ETİKET :  

Daha Çox