İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatına görə, vətəndaşlara xidmətlər 2550 sayda tibbi xidməti əhatə edən Xidmətlər Zərfi çərçivəsində göstərilir. Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində bu xidmətlərin göstərilməsi mümkün olmadıqda, sığortaolunan göndəriş əsasında həmin xidməti yalnız Agentliklə müqaviləsi olan özəl tibb müəssisəsində əldə edə bilər.
Həkim göndərişi olmadan Agentliklə müqaviləsi olan qeyri-dövlət tibb müəssisəsinə müraciət edən sığortaolunan əldə etdiyi xidmətin dəyərini tam həcmdə özü ödəməlidir. Müqaviləli özəl tibb müəssisəsinə göndəriş olduğu təqdirdə Xidmətlər Zərfi çərçivəsində sığortaolunana göstərilən tibbi xidmətin dəyəri Agentlik tərəfindən qarşılanır. Gəncə şəhərində Agentliklə müqaviləsi olan özəl tibb müəssisəsi Gəncə Beynəlxalq Xəstəxanası və Mərkəzi Klinikanın Gəncə filialıdır.
Gəncə şəhər sakinləri də icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 tibbi xidmətdən yararlana bilər. Xidmətlərin siyahısı ilə buradan tanış olmaq olar. Xidmətlər Zərfinə təcili tibbi yardım xidməti, ilkin səhiyyə xidməti, stasionar şəraitdə aparılan tibbi xidmətlər, terapevtik müalicələr, cərrahi əməliyyatlar, habelə açıq və qapalı ürək əməliyyatları, minimal invaziv üsulla həyata keçirilən müdaxilələr və sair kimi cərrahi əməliyyat daxildir. Stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri də Xidmətlər Zərfi çərçivəsində təmin edilir.
GancaPost.info saytı Gəncədə icbari tibbi sığortanın həyata keçirildiyi dövlət tibb müəssisələrinin siyahısını təqdim edir:
Gəncə şəhər Səhiyyə İdarəsi
Mərkəzi Qan Bankının Gəncə bölməsi
Akademik Z.Məmmədov adına Təcili Tibbi Yardım Xəstəxanası
1 nömrəli Birləşmiş Uşaq Xəstəxanası
2 nömrəli Birləşmiş Uşaq Xəstəxanası
Endokrinoloji Xəstəxana
Ü.Musabəyli adına Oftalmoloji Xəstəxana
Kardioloji Xəstəxana
Vərəm Əleyhinə Xəstəxana
1 nömrəli Şəhər Poliklinikası
2 nömrəli Şəhər Poliklinikası
3 nömrəli Şəhər Poliklinikası
5 nömrəli Şəhər Poliklinikası
6 nömrəli Şəhər Poliklinikası
1 nömrəli Uşaq Poliklinikası
2 nömrəli Uşaq Poliklinikası
3 nömrəli Uşaq Poliklinikası
4 nömrəli Uşaq Poliklinikası
Gəncə şəhər Təsərrüfathesablı Diaqnostika Mərkəzi
Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanası
2 nömrəli Şəhər Xəstəxanası
Yoluxucu Xəstəliklər Xəstəxanası
Gəncə Regional Perinatal Mərkəzi
Uşaq Stomatoloji Poliklinikası
Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası
Müharibə və Əmək Veteranları Poliklinikası
Qadın Məsləhətxanası
Mərkəzləşdirilmiş tibbi avtomaşınlar qarajı