Gəncədə hansı ali məktəblərin saxta diplomları satılıb?

"Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Kənd Təsərrüfatı Akademiyası və başqa təhsil müəssisələrinin diplomlarını alan şəxslər var ki, onları işə daxil olmaq istəyəndə bu sənədlərin saxta olduğunu öyrəniblər".

AzadlıqRadiosu-nun məlumatına görə, Hikmət Babayev deyir ki, işə qəbul zamanı Təhsil Nazirliyindən diplomunun təsdiqlənməsini istəyiblər. Nazirlikdən isə sorğuya cavab gəlib ki, sistemdə belə bir diplom yoxdur, ona verilmiş sənəd saxtadır.

Bu məsələ ilə əlaqədar 7 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onların arasında Gəncə Dövlət Universitetinin Fiziki tərbiyə və Çağırışaqədərki mülki müdafiə kafedrasının müdiri vəzifəsində işləmiş Ələddin Məmmədov, kafedranın laborantı olmuş Elmir Qasımov, "İsmayıllı Olimpiya İdman Kompleksi" MMC-nin sabiq direktoru Tofiq Hümbətov, Azər İmamquliyev Mehralı Yusifov da var. Digər iki təqsirləndirilən isə qadındır - Sevinc OrucovaCəmilə Hacıyeva. Onlar həbsdə deyil, barələrində istintaq və məhkəmə dövrü üçün başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib. Adları çəkilən 7 nəfərin işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Cinayət işinin materiallarında iddia olunur ki, Gəncə Dövlət Universitetində kafedra müdirinin otağından axtarış zamanı 37 nəfərin adına diplom və başqa sənədlər tapılıb. Bu diplomlar müxtəlif ali və orta ixtisas təhsil müəssisələrinə aid olub. Olimpiya İdman Kompleksinin keçmiş rəhbərinin maşınından da 62 nəfərin adına diplom, müxtəlif adamların şəxsiyyət vəsiqələri, bank kartlarının aşkarlandığı iddia olunur. İddiaya görə, onlar həm də saxta möhürlər hazırlayıblar.

Adlarıçəkilən təqsirləndirilən şəxslərə qarşı CM-in 178.3.1 (mütəşəkkil dəstə tərəfindən dələduzluq), 32.312 (rüşvət verməyə təhrik), 320-ci (rəsmi sənədi saxtalaşdırma və ya saxta sənəddən istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Hikmət Babayev deyir ki, məqsədi ancaq pul verib diplom almaq deyildi. Ali təhsil almaq istəyirdi: "Mehralı müəllimi, Ələddin müəllimi tanıyıram. Ələddin müəllimə müraciət edib ali təhsil almaq istədiyimi dedim. Bir müddət sonra Müəllimlər İnstitutunun Gəncə filialının diplomunu verdi. Buna görə 2 min 500 dollar pul ödəmişəm. Sonradan diplomun saxta olduğunu bildim".

Onun sözlərinə görə, pulun bir hissəsini təqsirləndirilən kafedra müdirinə, qalanını isə Mehralı Yusifova çatdırıb. İki dəfə də imtahanlara görə pul ödədiyini deyən Babayev vurğulayıb ki, hər dəfənin qiyməti 150 manat idi.

Təqsirləndirilən Hümbətovun vəkili şahid qismində dindirilən Babayevin də rüşvət verməyə görə cinayət məsuliyyətinə cəlb olunmasını məqsədəuyğun sayıb.

Qarşı tərəfin onun təklifinə cavabı belə olub: "Mənə olan olub onsuz da. Kasıb adamam, bundan sonra mən həbs edilsəm, siz nə qazanacaqsız...".

Məhkəmədə qardaşına saxta diplom almış Vidadi Babayev də başlarına gələnləri danışıb: "Qardaşım Qazaxıstanda təhsil alıb, Azərbaycanda isə təhsilini davam etdirmək istəyirdi. Razılaşmaya görə, Gəncə Müəllimlər İnstitutuna gətiriləcəkdi. Həmin vaxt pulu verdik. Qardaşım işə düzəlmək istəyəndə Təhsil Nazirliyinə sorğu verdik. Nazirlikdən dedilər ki, diplom saxtadır...".

Məhkəmə araşdırmaları davam edir.

Təqsirləndirilən şəxslərə ittiham verilmiş maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XƏBƏR LENTİ

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

BÜTÜN XƏBƏRLƏR