-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə əhaliyə xidmət üzrə “Nağd pul ofisi” yaradılıb

Ölkənin bir çox yerlərində əhaliyə xidmət üzrə “Nağd pul ofisi” yaradılıb.

13:58:53 | 2021-04-12

Azərbaycan Mərkəzi Bankı (AMB) əhalidə olan yararsız pul nişanlarının qəbul edilməsi, ekspertizası və dəyişdirilməsi, eləcə də nağd pulla bağlı sorğuların və müraciətlərin cavablandırılması məqsədilə AMB-də və onun ərazi idarələrində Gəncə, Biləsuvar və Quba Regional Mərkəzləri, Yevlax Ehtiyat Mərkəzində əhaliyə xidmət üzrə "Nağd pul ofisi" təşkil edilib.

Vətəndaşlar həftənin çərşənmə axşamı və cümə axşamı günləri, saat 10:00-dan 13:00-dək qeyd edilən ünvanda yerləşən əhaliyə xidmət üzrə “Nağd pul ofisi”nə yaxınlaşaraq milli pul nişanlarını ekspertizaya təqdim edə və zədələnmiş pulları dəyişdirə bilər.

Əlavə suallarla bağlı AMB-nin “Qaynar xətt”inə (966) müraciət oluna bilər.


ETİKET :  

Daha Çox