-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə əhalinin sayı artıb

Gəncə şəhəri üzrə demoqrafik vəziyyət açıqlanıb

02:42:23 | 2019-12-25

Ərazisi 110 kv.km olan Gəncə şəhər əhalisinin sayı ilin əvvəlindən 1258 nəfər artaraq 2019-cu ilin noyabr ayının 1-i vəziyyətinə 335301 nəfər təşkil edib.
Gəncə şəhər Statistika İdarəsindən verilən məlumata görə, bir kvadrat kilometrə düşən əhalinin sayı 3048 nəfər təşkil edib.
Statistik məlumatda daha sonra bildirilir ki, şəhər əhalisinin 152948 nəfəri (45,6 faiz) Nizami rayonunda, 182353 nəfəri (54,4 faiz) isə Kəpəz rayonunda yaşayır.
Əhalinin 163685 nəfərini (48,8 faiz) kişilər, 171616 nəfərini (51,2 faiz) isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1048 qadın düşür.
Əhalinin ümumi sayında əmək qabiliyyətli yaşadək olanların (0-14 yaşda olan uşaq və yeniyetmələrin) xüsusi çəkisi 19,5 faiz (65384 nəfər), əmək qabiliyyətli yaşda olanların (kişilər 15-63 yaş, qadınlar 15-60 yaş) xüsusi çəkisi 70,3 faiz (235716 nəfər) və əmək qabiliyyətli yaşdan yuxarı olanların (ahılların) xüsusi çəkisi isə 10,2 faiz (34201 nəfər) təşkil edir.
Cari ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən şəhərdə 2623 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 9,4 olub.
Doğulan körpələrin 1404 nəfəri (53,5 faizi) oğlan, 1219 nəfəri (46,5 faizi) isə qız uşaqlarıdır. Körpələrdən 82-i əkiz (46 nəfər oğlan, 36 nəfər qız) doğulanlardır.
2019-cu ilin yanvar-oktyabr aylarında şəhərdə 1655 ölüm halı qeydə alınıb (o cümlədən 7-i 1 yaşadək uşaq ölümü) və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,7-dən 5,9-a qədər (o cümlədən 1 yaşadək uşaq ölümü səviyyəsi 4,0-dən 3,2-ə qədər) azalıb.
Statistik məlumata görə, cari ilin on ayı ərzində qeydiyyat şöbələri tərəfindən 1402 nikah və 608 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikah səviyyəsi 5,0 boşanma isə 2,2 təşkil edib.
Cari ilin yanvar-oktyabr aylarında Daxili İşlər Nazirliyinin Baş Polis Qeydiyyat və Miqrasiya Xidmətinə tabe olan yerli bölməsi tərəfindən daimi yaşamaq üçün şəhərə 695 nəfər gələn, şəhərdən isə 405 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 290 nəfər təşkil edib.
Ermənistan dövləti tərəfindən edilmiş təcavüz nəticəsində Gəncə şəhərində 2019-cu ilin oktyabr ayının 1-i vəziyyətinə öz ölkəsində (Azərbaycanın Ermənistanla sərhəd rayonlarından və Dağlıq Qarabağ bölgəsindən) doğma yurdlarını itirmiş 20892 nəfər məcburi köçkün məskunlaşıb və onlar şəhər əhalisinin daimi sayına daxil edilmir.


ETİKET :  

Daha Çox