-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə həkim məsuliyyətsizliyi - 3 aylıq körpənin barmaqları kəsildi

3 aylıq körpə Nuranın barmaqları amputasiya edilib.

23:28:56 | 2019-10-18

Ailə iddia edir ki, həkim uşağın biləyində venadaxili kateteri 7 gün sarğıda saxlayıb. Körpənin barmaqlarına qan getmədiyindən onun çürüyən barmaqlarını kəsiblər.

Goranboy rayon Kələk kənd sakini Xəzər Əliyevin oğlu körpə Nuran Gəncə şəhər Perenetal Mərkəzdə dünyaya gözlərini açıb. Həmin vaxt ailəyə uşağın tam sağlam olduğu bildirilib.

Bir neçə gündən sonra körpənin sağ əlinin üstündən sistem köçürmək üçün tibbi vasitələrlə sıxılaraq bağlanıb.

GancaPost saytı xəbər verir ki, məsələ ilə bağlı Xəzər Əliyev XəzərXəbərə bildirib ki, 7 gün uşağın biləyi sarğıda qaldığından barmaqları qaralıb. Ata övladını bu vəziyyətdə Bakıya gətirsədə həkimlər uşağın barmaqlarının amputasiya edilməsinin qaçınılmaz olduğunu bildiriblər.

Xəzər Əliyev övladının bu duruma düşməsinə görə Gəncə şəhər Perenetal Mərkəzin həkimi Zülfiyyə Əsədova və tibb bacısı Bahar Yusibovanı ittiham edir.

Gəncə şəhər Səhiyyə İdarəsindən məsələ ilə bağlı bildirdilər ki, artıq ailə bu şikayətlə prokurorluğa müraciət edib və məsələ həmin orqan tərəfindən araşdırılır. Eyni zamanda baş vermiş hadisə Gəncə şəhər Səhiyyə İdarəsinin Tibbi Şurasında da baxılır.

Hər iki araşdırma başa çatdıqdan sonra nəticəyə uyğun olaraq müvafiq tədbir görüləcək.


ETİKET :  

Daha Çox