-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə gizli fəaliyyət göstərən idman zalı aşkarlanıb

Gəncədə gizli fəaliyyət göstərən idman zalı aşkarlanıb.

13:48:40 | 2020-07-14

GancaPost.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.
BPİ-nin Post Patrul Xidmətinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən idman zalı aşkarlayıb. Dərhal polis əməkdaşları tərəfindən “Fithouse” adlı trinajor zalının fəaliyyəti dayandırılıb. Zalda məşq edən Kamran Həsənli, İlqar Məmmədov, Səməd Yaqubov, Vüqar Məmmədov, Elçin Kərimov, Mehrin Nəcəfov arələrində isə qanunamüvafiq tədbir görülüb.


ETİKET :  

Daha Çox