-- Adversting 9 --
-- Adversting 10 --

Gəncədə evlərin zirzəmilərinə yağış suları dolub - VİDEO

Yağış suları Gəncə sakinlərinin evlərinə dolub.

16:52:24 | 2021-05-05

Mayın 5-i səhər saatlarından yağan intensiv yağışlar nəticəsində Gəncə şəhərində bəzi fərdi yaşayış evlərinin zirzəmilərinə, həyətyanı sahələrə, küçə və prospektlərə yağış suları dolub.

GancaPost.info xəbər verir ki, FHN-nin Gəncə Regional Mərkəzinin müvafiq canlı qüvvə və texnikası yağış sularının yığıldığı ərazilərə cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində əksər ərazilərdə suyun çəkilərək kənarlaşdırılması təmin edilib, bəzi ünvanlarda isə işlər hazırda davam etdirilir.

Qeyd edək ki, yağıntılı hava şəraiti şəhərin daha çox Məhsəti qəsəbəsində fəsadlar törədib.

Qəsəbənin küçələrinə, bir neçə fərdi evin həyətinə yağış suları dolub, fərdi təsərrüfata zərər dəyib.


ETİKET :  

Daha Çox