-- Adversting 9 --
-- Adversting 10 --

Gəncədə evləri dağılmış bəzi ailələrə kompensasiya verilib

Gəncədə erməni terroru nəticəsində mənzilləri yararsız vəziyyətə düşən bəzi ailələrə kompensasiya ödənilib.

16:34:47 | 2021-06-29

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin “Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası müvafiq işlər aparıb. Belə ki, Gəncədə raket zərbələri nəticəsində zərərçəkən ailələrin bir qismi Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi 272 ünvanında yerləşən yeni yaşayış kompleksində tam təmirli mənzillərlə təmin ediliblər.

GancaPost.info xəbər verir ki, bu barədə Gəncə şəhər İcra Hakimiyyətindən bildirilib. Məlumata görə, digər 12 ailəyə isə istəklərinə uyğun olaraq razılaşdırılmış qaydada mənzillərinin dəyəri məbləğində pul vəsaiti köçülürüb.

Sakin Yusif Zeynalov 11 oktyabr 2020-ci ildə evinin erməni terroru nəticəsində dağıldığını dilə gətirib: “Bu zaman ərzində dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduq. Bu gün isə evimin dəyəri məbləğində kompensasiya vəsaiti köçürüldü. Buna görə dövlətimizə öz minnətdarlığımı bildirirəm”.

Digər sakin Bəsti Xəlilova isə Gəncəyə ilk raket atılan günü zərər çəkən ailələrdəndir”Ermənilər tərəfindən atılan raket nəticəsində ailə üzvlərim xəsarət aldı, evimiz isə tamamilə yararsız vəziyyətə düşdü. Lakin hər an dövlətimizin diqqətini öz üzərimizdə hiss etdik. Çox şükür tarixi torpaqlarımıza qovuşduq. Qələbə sevincini yaşadıq. Bu gün isə bizim sevincimiz ikiqat oldu. Belə ki, dövlətimizin qayğısı nəticəsində bizə mənzillə təmin olunmaq üçün kompensasiya ödənildi”.

Pərvin Cavadov bildirib ki, oktyabrın 11-də Ermənistan Respublikasının silahlı qüvvəllərinin atdığı raket onun da evini dağıdıb: "Kommissiya tərəfindən bizə mənzil təklif olundu. Lakin biz mənzilin dəyəri məbləğində pul vəsaiti xahiş etdik. Çox sağ olsunlar xahişimizi nəzərə alaraq kompensasiyamızı ödədilər”.

Elnur Heydərov da ona və onun kimi zərərçəkən ailələrdən öz diqqətini əsirgəmədiyi üçün dövlət başçısına dərin təşəkürünü bildirib: "Bu gün digər ailələr kimi mənə də, kompensasiya köçürülüb. Bu müddət ərzində yaşayış yeri ilə də təmin ediblər. Çox sağ olsunlar, əşyalara dəyən ziyan da ödənilib”.


ETİKET :  

Daha Çox