-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə evlərə dəymiş ziyana görə 600 min manat yönəldiləcək

Gəncə Şəhər İcra Hakimiyyəti ermənilərin raket hücumu nəticəsində mənzillərə dəymiş ziyanın aradan qaldırılmasına 600 min manat yönəldəcək.

11:34:11 | 2021-01-01

Gəncə şəhər İcra Hakimiyyəti Ermənistan silahlı qüvvələrinin 4, 11 və 17 oktyabr 2020-ci il tarixlərində Gəncəyə atılan raket zərbələri nəticəsində şəhərin müxtəlif ərazilərində fərdi yaşayış evlərinə və mənzillərə dəymiş ziyanın aradan qaldırılması işlərinə "Diadem" QSC-ni cəlb edib.

GancaPost.info xəbər verir ki, etender.gov.az portalında dərc olunmuş məlumata görə, Gəncə şəhər İcra Hakimiyyəti şirkətlə 600 min manat dəyərində müqavilə bağlanıb.

Məlumat üçün bildirək ki, “Diadem” QSC tikinti şirkətidir və bir çox böyük məbləğli tenderlərin qalibi olub. “Diadem” şirkəti 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Bayramov Azər Aslan oğludur.

Qeyd edək ki, bir müddət öncə Nazirlər Kabineti Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncama görə Gəncə Şəhər İcra Hakimiyyətinə 2 920 500 (iki milyon doqquz yüz iyirmi min beş yüz) manat vəsait ayrılıb.


ETİKET :  

Daha Çox