-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə evi dağılan vətəndaşlar harada qalırlar?

Gəncədə evi dağılan vətəndaşlar harada qalırlar?

01:48:24 | 2020-10-14

Məlum olduğu kimi, oktyabrın 11-i gecə saatlarında Ermənistan silahlı qüvvələri cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutub. Nəticədə dağıntılar baş verib, 10 nəfər dinc sakin həlak olub, 34 nəfər yaralanıb.

GancaPost.info xəbər verir ki, faciədən sonra ən çox verilən suallardan biri də evi dağılan vətəndaşların harada qalması ilə bağlı olub. Prezidentin köməkçisi Hikmət Hacıyev suala aydınlıq gətirib. O bildirib ki, həmin şəxslər kirayə evlə təmin edilib. Kirayə haqqını hökumət ödəyir. Vətəndaşlar üçün isə yeni bina tikiləcək.


ETİKET :  

Daha Çox