-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Müharibə zamanı Gəncədə dağılan evlərin tikintisinə başlanılıb

Gəncədə erməni terroru nəticəsində dağılan evlərin tikintisinə başlanılıb

00:33:08 | 2021-01-27

44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncədə mülki insanları hədəf alaraq etdiyi raket hücumu nəticəsində dağılmış evlərin bərpası işlərinə başlanılıb.

GancaPost.info-nun məlumatına görə, ilkin olaraq işlər şəhərin Cavadxan qəsəbəsi Samir Xasıyev küçəsində başlanılıb. Hazırda həmin ərazidə qazıntı-söküntü işləri aparılır.

İlkin mərhələdə 24 ev yenidən tikiləcək. 1598 mənzil isə təmir və bərpa ediləcək. Tikiləcək, həmçinin təmir ediləcək evlərin sırasında fərdi yaşayış evləri ilə yanaşı çoxmənzilli binalarda var.
Erməni terroru nəticəsində zərər görən vətəndaşların Nazirlər Kabineti yanında yaradılan xüsusi komissiyaya müraciətindən sonra işlər davam etdirilir. Nəticə etibarı ilə yenidən tikiləcək və təmir olunacaq evlərin sayında dəyişilik də ola bilər.


ETİKET :  

Daha Çox