-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI, MƏBLƏĞLƏR

Gəncədə dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI, MƏBLƏĞLƏR

23:56:18 | 2020-12-19

2020-ci ilin yanvar-dekabr aylarında Gəncə şəhərində dövlət qurumları tərəfindən ümumi məbləği 49 milyon 287 min 624 manat olan 88 tender keçirilib.

FED.az biznes-maliyyə portalının məlumatına görə, ən böyük həcmdə tenderi keçirən Şəhər İcra Hakimiyyəti olub. Gəncə şəhər İcra Hakimiyyəti ümumi məbləği 26 milyon 596 min 595 manat olan 19 tender müqaviləsi bağlayıb.

"Rövşən Oğuz Qrup" MMC İcra Hakimiyyətinin keçirdiyi ən böyük tenderin qalibi olub. Belə ki, Gəncə şəhər İcra Hakimiyyəti qalib şirkətə 16 milyon 900 min manat ödəyəcək.

"Rövşən Oğuz Qrup" MMC eyni zamanda İcra Hakimiyyətinin keçirdiyi digər böyük tenderin (1 milyon 800 min manat) qalibi də olub.

Gəncədə keçirilən 2-ci böyük tenderin qalibi isə "ƏRDAGI" MMC olmuşdur. Bu tenderin məbləği 1 milyon 997 min 796 manat təşkil edir.

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 9 tenderinin ümumi məbləği 10 milyon 223 min manat olub.

Dövlət qurumunun keçirdiyi tenderin ən böyüyünü "ƏRDAGI" MMC qazanıb.

Gəncə Dövlət Universiteti sayca Gəncədə ən çox tender keçirən dövlət qurumu olub. Universitet 21 tender keçirib ki, bunun həcmi 1 milyon 707 min 738 manat olub.

"EVOLE COMMERSE ES" MMC Universitetin 4 tenderinin qalibi olmaqla ən çox tenderin qalibi ünvanını qazanıb. Universitet "EVOLE COMMERSE ES" MMC-ə 65 min 039 manat ödəyib.

Bundan başqa Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 3 saylı Gəncə İdarəsi 7 tender (9 milyon 72 min 842 manat), Gəncə Regional Mədəniyyət İdarəsi 6 tender (398 min 364 manat) və Gəncə şəhər Səhiyyə İdarəsi 4 tender (515 min 388 manat) keçirib.


ETİKET :  

Daha Çox