-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə Dini Kollec açılır

“Azərbaycanda dini kolleclərin açılmasına dövlət səviyyəsində razılıq verilib. Həmin kolleclərin maddi-texniki bazası və digər məsələlərlə bağlı işlər gedir”.

15:48:08 | 2019-07-08

GancaPost xəbər verir ki, bunu APA-ya müsahibəsində Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi bir neçə bölgədə dini kolleclərin açılması ilə bağlı hazırlıq işləri həyata keçirir: “Nardaranda bir, Lənkəranda, Gəncədə, Quba-Xaçmaz bölgəsində dini kolleclərin açılması istiqamətində hazırlıq işləri görülür. Bu proses yekunlaşdıqdan sonra bu bölgələrdə kolleclərin açılması nəzərdə tutulub. Həmin kolleclər bir növ İlahiyyat İnstitutunun alt qurumu rolunu oynayacaq”.


ETİKET :  

Daha Çox