-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə dezinfeksiya işlərinə DİN-in xüsusi texnikaları qoşuldu

Gəncədə şəhərinin əsas küçə və prospektləri yenidən dezinfeksiya olunur.

18:15:49 | 2020-05-03

Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə Gəncədə aparılan dezinfeksiya işləri xüsusi qrafikə uyğun olaraq davam etdirilir. Daxili İşlər Nazirliyinin (DİN) silahlanmasında yer alan ictimayi asayişi mühafizə maşınları (TOMA – Toplumsal Olaylara Müdahile Aracı) yeni tip koronavirusla (COVİD-19) mübarizə tədbirləri çərçivəsində bu dəfə Gəncə şəhərində küçələrin dezinfeksiyası işlərinə cəlb ediliblər.

GancaPost saytı xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, Nazirliyin şəxsi heyəti ölkədə asayişin qorunması və karantin zamanı üzərilərinə düşən əlavə işlərin həyata keçirilməsi ilə yanaşı, böyük şəhərlərdə küçələrin dezinfeksiya olunması işlərində də yaxından iştirak edirlər. Bakıdan sonra Gəncədə də DİN-nin xüsusi avtomobilləri ilə şəhərin küçə və prospektlərində dezinfeksiya işləri aparılıb.

Dezinfeksiya işləri ilk növbədə şəhərin Heydər Əliyev, Atatürk və Nizami Gəncəvi prospektlərində, o cümlədən mərkəzi küçələrində həyata keçirilib. İşlər Gəncənin digər ərazilərində də davam etdiriləcək.


ETİKET :  

Daha Çox