-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə dezinfeksiya işləri aparılıb

Gəncədə növbəti dəfə dezinfeksiya işləri aparılıb.

10:31:44 | 2020-10-24

Son günlər koronavirusa yoluxma hallarının artması nəzərə alınaraq Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən də tibbi-profilaktiki işlər gücləndirilib.

GancaPost.info xəbər verir ki, səhər saatlarından başlayaraq Gəncədə xüsusi kimyəvi maddələrlə növbəti dəfə dezinfeksiya işləri həyata keçirilib. İşlərə xeyli sayda canlı qüvvə və Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb edilblər.

Dezinfeskiya işləri mərkəzi küçə və prospektlərlə yanaşı Gəncənin qəsəbə və yaşayış massivlərində də aparılıb. Tibbi-profilaktik tədbirlər yeraltı piyada keçidlərini, dayanacaqları, çoxmənzilli yaşayış binaları və həyətləri də əhatə edib. İşlər mütəmadi olaraq davam etdiriləcək.


ETİKET :  

Daha Çox