-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə koronavirusa görə daha iki məktəb bağlanıb

Gəncədə koronavirusa görə daha iki məktəb bağlanıb.

23:29:26 | 2021-03-09

Gəncə şəhər V.Əliyev adına 12 nömrəli tam orta məktəb və 26 nömrəli fizika, riyaziyyat informatika təmayüllü məktəb-liseydə dərslər distant təhsil formasında davam etdiriləcək.

GancaPost.info xəbər verir ki, bu barədə Gəncə şəhər Təhsil İdarəsindən məlumat verilib.

Belə ki, V.Əliyev adına 12 nömrəli tam orta məktəbdə çalışan 1 nəfər müəllim, 2 nəfər texniki işçi və 1 nəfər şagirdin, 26 nömrəli fizika, riyaziyyat və informatika təmayüllü məktəb-liseydə isə 2 nəfər müəllim və 1 nəfər şagirdin COVİD-19 infeksiyasına yoluxmaları təsdiq olunub.

Bu səbəbdən Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Xatırladaq ki, Gəncədə bundan əvvəl 37 saylı tam orta məktəb koronavirus infeksiyasına görə onlayn tədrisə keçmişdi.


ETİKET :  

Daha Çox