-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə daha bir “ASAN xidmət” açılacaq

"Gəncə və Sumqayıt şəhərlərində ikinci mərkəzlər açılacaqdır"

23:49:08 | 2019-12-05

GancaPost saytı xəbər verir ki, bunu Prezident İlham Əliyev Şamaxıda “ASAN xidmət” kompleksinin açılışında bildirib.

“ASAN xidmət” öz coğrafiyasını genişləndirir. Bu, sayca 16-cı mərkəzdir və artıq 4 mərkəzdə tamamlama işləri aparılır. Kürdəmir, Ağcabədi, Tovuz mərkəzləri artıq hazırdır, Balakən mərkəzi isə gələn il istifadəyə veriləcəkdir. Mənə verilən məlumata görə, Bakı mərkəzlərində, - baxmayaraq ki, Bakıda 5 mərkəz fəaliyyət göstərir, - artıq növbələr yaranır. Ona görə göstəriş vermişəm ki, Bakıda əlavə 2 mərkəz açılsın, eyni zamanda, Sumqayıt və Gəncə şəhərlərində ikinci mərkəzlər açılacaqdır. Xidmətlərin sayı artır, artıq 320-dən çox xidmət göstərilir. Problemli sahələrin bir çoxu da “ASAN xidmət”in əhatəsinə daxil edilib. Beləliklə, artan xidmətlər və xidmətlərin keyfiyyəti göstərir ki, biz düzgün yoldayıq. Çünki biz başlayanda xidmətlərin sayı təqribən 20-30 ətrafında idi"- deyə Prezident İlham Əliyev qeyd edib.


ETİKET :  

Daha Çox