-- Adversting 9 --
-- Adversting 10 --

Gəncədə dağıdılmış evlərin bərpası üçün pul ayrılıb

Gəncədə dağıdılmış evlərin bərpası üçün pul ayrılıb.

05:46:27 | 2021-07-14

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Ermənistan Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri” ilə əlaqədar bir neçə şirkətlə müqavilələr imzalanıb.

GancaPost.info saytı E-tender portalına istinadən xəbər verir ki, “İnşaat Servis-2” MMC və “CONCO” QSC ilə imzalanmış müqavilələr Gəncədə dağıdılmış yaşayış binaları və qeyri-yaşayış obyektlərinin təmiri və tikintisini nəzərdə tutur. İmzalanmış müqavilələrin dəyəri müvafiq olaraq 1 milyon 694,131 min manat və 2 milyon 173,638 min manatdır.

“AZ GRAFT Construction» MMC ilə imzalanmış müqavilənin şərtlərinə görə, şirkət Gəncə, həmçinin Füzuli, Cəbrayıl və Tərtər rayonlarında dağıdılmış fərdi evlər və qeyri-yaşayış obyektlərinin təmiri və tikintisini həyata keçirməyi öhdəlik götürüb. Müqavilənin dəyəri – 2 milyon 244,369 min manatdır.

“Parlaq-N” MMC-nin 1 saylı filialı ilə imzalanmış digər müqavilə isə Gəncə, Naftalan, həmçinin Ağcabədi, Goranboy və Beyləqan rayonlarında dağıdılmış fərdi evlər və qeyri-yaşayış obyektlərinin təmiri və tikintisini nəzərdə tutur. İmzalanmış müqavilənin dəyəri – 4 milyon 860,018 min manatdır.


ETİKET :  

Daha Çox