-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə də COVID-19 əleyhinə vaksinasiyaya başlanılıb

Gəncədə də COVID-19 əleyhinə vaksinasiyaya başlanılıb.

17:12:32 | 2021-01-19

Gəncədə yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndləmə prosesinə başlanılıb. İlkin olaraq tibbi işçilərinin vaksinasiyası həyata keçirilir.

GancaPost.info xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bununla əlaqədar olaraq Gəncədə 6 tibb məntəqəsi yaradılıb. 2, 5 və 6 saylı şəhər poliklinikalarında, habelə Gəncə Beynəlxalq Xəstəxanası, Yeni Gəncə Tibb Mərkəzi və Gəncə Mərkəzi Klinika Xəstəxanasında yerləşən tibb məntəqələrində xüsusi otaqlar hazırlanıb.

Burada gözləmə, qeydiyyat, peyvənd və postvaksinal-gözləmə otaqları ilə yanaşı, vaksinasiyadan sonra səhhətində hər hansısa problem yarana biləcək şəxslər üçün təcili yardım otağı da yaradılıb. Bütün otaqlar zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz ediliblər. Bu otaqlarda gün ərzində 100 nəfərin peyvənd edilməsi mümkündür.

Vaksinlər tələb olunan normalara uyğun şəkildə xüsusi termoçantalarda gətirilərək, tibb məntəqələrində quraşdırılan soyuducularda 2-80 temperaturda saxlanılırlar.

Birinci mərhələdə Gəncə şəhərinə 1659 doza peyvənd gətirilib.

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda COVID-19-a əleyhinə vaksinasiyaya başlanılıb. Vaksinasiyanın ikinci mərhələsinə fevralın 1-dən başlanacaq.

Vaksinasiyada Çinin “Sinovac” şirkətinin hazırladığı “CoronaVac” vaksinindən istifadə olunur.


ETİKET :  

Daha Çox